Məmmədov Əli Taleh oğlu

Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri

a.mammedov@atu.edu.az

Əli Taleh oğlu Məmmədov, 14.08.2002-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 2008-2019-cu illərdə Gəncə şəhərində yerləşən M.Qasımov adına 23 saylı və Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbdə almışdır. Orta nəktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Texnologiya Universitetinin bakalavr səviyyəsində “Biznesin idarə edilməsi” ixtisasına qəbul olmuşdur. Hal-hazırda universitetinin sonuncu kurs tələbəsidir.

İctimai faəliyyətinə 2020-ci ildən başlamışdır. Daha sonra 2021-ci ildə universitet rəhbərliyindən gələn təklif ilə fəaliyyətini Universitet Tələbə Elmi Cəmiyyətinin sədr müavini kimi davam etdirmişdir. Paralel olaraq ictimai fəaliyyəti nəzərə alınaraq həmin ildən Tələbə Gənclər Təşkilatının sədr müavini təyin olunmuşdur. Bütün bunlarla yanaşı Tələbə Həmkarlar İttifaqı Komitəsinin İqtisadiyyat və İdarəetmə üzrə sədri olmuşdur. Həmin vaxtdan etibarən fakültə elmi şurasında təmsil olunub. Daha universitet elmi şurasının qərarı ilə yaradılan könüllü təşkilatının əsas qurucu üzvlərindən biridir. 2022-ci ilcə keçirilən Tələbə Gənclər Təşkilatın sədr seçkilərində namizəd olmuşdur. Seçkilərdə səslərin çox hissəsini qazanaraq sədr vəzifəsinə seçilmişdir. Fəaliyyəti dövründə universitet tələbərin sosial həyatının aktiv şəkildə təşkil olunması, asudə vaxtlarının səmərəli dəyərləndirməsi üçün çalışmışdır. Şəhər səviyyəli tədbirlər ilə yanaşı region və republika səviyyəli tədbirlərin təşkilatçısı olmuşdur. Bütün bunlara görə dəfələrlə şəhər və universitet rəhbərliyi tərəfindən fəxri fərman, təşəkkürnamələr ilə təltif olunmuşdur. 2022-ci ildə Elm və Təhsil Nazirinin diplomu ilə təltif olunmuşdur. 2023-cü ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı Sədri” seçilib. Hazırda Azərbaycan Texnologiya Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr vəzifələrini müvəqqəti icra edir.