Bağırov Firdovsi Mübariz oğlu

Tələbə Gənclər Təşkilatı sədri

f.bagirov@atu.edu.az

Firdovsi Mübariz oğlu Bağırov, 09.08.2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 2011-2022-ci illərdə Gəncə şəhərində yerləşən Mirzə Şəfi Vazeh adına 16 saylı və Daşkəsən rayon Qaraqullar kənd tam orta məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra 2022-ci ildə Azərbaycan Texnologiya Universitetinin bakalavr səviyyəsində “Turizm işinin təşkili” ixtisasına qəbul olmuşdur. Hal-hazırda universitetin ikinci kurs tələbəsidir. İctimai fəaliyyətinə 2022-ci ildən başlamışdır. 2022-ci ildə universitetin Tələbə Gənclər Təşkilatının daxilində olan intelektual klub rəhbəri kimi fəaliyyətə başlamışdır. 2023-cü ilin əvvəlindən universitetin Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsini icra etmişdir. 2023-cü ildə keçirilən Tələbə Gənclər Təşkilatının sədr seçkilərində namizəd olmuşdur. Seçkilərdə səslərin çox hissəsini qazanaraq sədr vəzifəsinə seçilmişdir. Şəhər səviyyəli tədbirlər ilə yanaşı region və respublika səviyyəli tədbirlərin təşkilatçısı olmuşdur. Bütün bunlara görə dəfələrlə şəhər və universitet rəhbərliyi tərəfindən fəxri fərman, təşəkkürnamələr ilə təltif olunmuşdur. 2023-cü ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı Nümayəndəsi” seçilib. Hazırda Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədr vəzifəsini icra edir.