Ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul qaydaları
Azərbaycan Texnologiya Universitetində hal hazırda 3 növ təqaüd növü mövcuddur
· DS (dövlət sifarişi) təqaüdü
· ƏT (əlavə təqaüd)
· RT (rektor təqaüdü)
Yuxarıda göstərilən təqaüd növlərinin hamısı (1-ci kursun 1-ci semestrində DS təqaüd istisna olmaqla) hər semestrdən sonra cari qiymətləndirmə nəzərə alınaraq ən yüksək ümumi orta göstəricisi olan tələbəyə verilir. Yəni, əgər tələbə ödənişli əsaslarla təhsil alırsa belə yenə də təqaüd almaq imkanı var.
ATU da 21 ixtisas üzrə kadr hazırlığı aparılır.
1ci qrup üzrə müsabiqədə aşagıda adları göstərilən ixtisaslara qəbul olmaq üçün ümumi 200, qəbul imtahanın 2 ci mərhələsində isə (blok imtahanı) 100 dən çox bal toplayan abituriyentlər iştirak edə bilər.
1. İnformasiya texnologiyaları
2. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
3. Metallurgiya mühəndisliyi
4. Mühəndis fizikası
5. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
6. Qida mühəndisliyi
7. Radiotexnika və telekommunikasiya mühəndisliyi
8. Kompyuter mühəndisliyi
9. Nəqliyyat mühəndisliyi
10. Elektrik və elektronika mühəndisliyi
1ci qrup üzrə müsabiqədə aşagıda adları göstərilən ixtisaslara qəbul olmaq üçün ümumi 150, qəbul imtahanın 2 ci mərhələsində isə (blok imtahanı) 50 dən çox bal toplayan abituriyentlər iştirak edə bilər.
1. Ekologiya mühəndisliyi
2. Şərabçılıq
2ci qrup üzrə müsabiqədə aşagıda adları göstərilən ixtisaslara qəbul olmaq üçün ümumi 200, qəbul imtahanın 2 ci mərhələsində isə (blok imtahanı) 100 dən çox bal toplayan abituriyentlər iştirak edə bilər.
1. Dövlət və bələdiyyə idarəetməsi
2. Mühasibat
3. İqtisadiyyat
2ci qrup üzrə müsabiqədə aşagıda adları göstərilən ixtisaslara qəbul olmaq üçün ümumi 150, qəbul imtahanın 2 ci mərhələsində isə (blok imtahanı) 50 dən çox bal toplayan abituriyentlər iştirak edə bilər.
1. Turizm bələdçiliyi
2. Biznesin idarə edilməsi
3. Marketinq
4. Turizm işinin təşkili
4cü qrup üzrə müsabiqədə aşagıda adı göstərilən ixtisasa qəbul olmaq üçün ümumi 150, qəbul imtahanın 2 ci mərhələsində isə (blok imtahanı) 50 dən çox bal toplayan abituriyentlər iştirak edə bilər.
1. Ekologiya
5ci qrup üzrə müsabiqədə aşagıda adı göstərilən ixtisasa qəbul olmaq üçün buraxılış imtahanından 60 baldan çox toplayan abituriyentlər iştirak edə bilər.
1. Dizayn (sahələr üzrə)
2023-2024 tədris ilində abituriyent və subbakalavrlar üçün 1105 plan yeri ayrılmışdır. Bunlardan 955 əyani, 150 isə qiyabi tədris forması üçün nəzərdə tutulmuşdur.