İctimai elmlər və multikulturalizm kafedrası
Kafedranın yaranma tarixi
Çingiz İldırım adına Azərbaycan Politexnik İntitunun Gəncə filialında 1974-cü ildə “İctimai elmlər” kafedrası adı altında fəaliyyət göstərib. 1981- ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra kafedra iki müstəqil “Fəlsəfə və elmi kommunizm”, ”Sov. İKP tarixi və siyasi iqtisad” kafedrasına ayrılmışdır. Kafedra 1981-1991 –ci illərdə “Fəlsəfə və Elmi kommunizm”, 1991-1992-ci illərdə “Fəlsəfə və sosial- siyasi münasibətlər nəzəriyyəsi”, 1992-2002- ci illərdə “Fəlsəfə və Politologiya”, 2002-2016-cı illərdə “Fəlsəfə və Tarix” kafedrası, 2016-cı ildən hal-hazıra kimi “İctimai elmlər və multikulturalizm”kafedrası adlanır.
Kafedranın professor –müəllim heyəti 15 nəfər, texniki heyəti isə 2 nəfərdir. Professor –müəllim heyətinin 4 nəfəri dosent, 2 nəfər t.f.d.baş müəllim, 6 nəfəri baş müəllim və 3 nəfəri isə müəllimdir.
İxtisaslar
Qeyri-ixtisas kafedrasıdır
İctimai elmlər və multikulturalizm kafedrasında tədris olunan fənlər
Ali təhsilin bakalavriat səviyyəsi üzrə fənlərin siyahısı:
1. Azərbaycan tarixi
2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
3. Fəlsəfə
4. ARK və hüququn əsasları
5. Turizm hüququ
6. Kommersiya hüququ
7.Nəqliyyat hüququ
8.Turist davranışı və psixologiyası
9.Multikulturalizmə giriş
10.Etnoqrafiya
11.Ədəbiyyat və milli-mənəvi kimlik
12. Arxeologiya, mədəniyyət və turizm
13.Dünya və Azərbaycan muzeyləri
14.Ekologiya hüququ
15.Mülki və inzibati hüquq
16.Turist davranışı və psixologiyası
17.Təşkilati davranış və idarəetmə psixologiyası
18. Sosial tədqiqata giriş
19.Biznes hüququ
Ali təhsilin magistratura səviyyəsi üzrə fənlərin siyahısı:
1. Ali məktəb pedaqogikası
2.Ali məktəb psixologiyası
3. Azərbaycan multikulturalizmi
Göstərilən fənlərin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilmişdir.
Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı,fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları (forma 3 və 6), müəllimləri açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.
Kafedrada professor- müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin kitabxanasına təhvil verilmiş və onlara mütəmadi nəzarət olunur.
İmtahanlara bir ay qalmış test sualları və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur.
Elmi-tədqiqat işləri
İctimai inkişafın müasir mərhələdə aktual problemləri
2024-ci il – Müasir dövrün əsas çağırışları
2025 – ci il - Hümanitar elmlərin inkişaf konsepsiyası
2026 -ci il – Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair milli prioritetlər
Elmi-tədqiqat işinə dosent H.T.Budaqov rəhbərlik edir və aşağıdakı əməkdaşlar bu işə cəlb olunmuşdur: dosentlər F.Y.Yusifov, S.Ə.Məmmədova, M.İ.Tağıyeva, baş müəllimlər R.A.Hüseynov, Ş.U.Həsənov, Z.R.Novruzova, A.R.Tağıyeva, N.M.Əhmədov, S.H.Abbasova, M.E.Mustafayeva, L.İ.Bayramova.
Planlaşdırılmış elmi-tədqiqat işləri nəzəri xarakter daşıyır
Tədris-metodiki təminat
2019- cu il – 1 monoqrafiya,26 məqalə(9-u xaricdə) 4 tezis və 6 fənn proqramı
2020 – ci il –9 məqalə (3 respublikada),(6xaricdə) o cümlədən 2-si elmmetrik bazada yer alan jurnalda və 4 fənn proqramı
2021 – ci il – 8 məqalə (4 respublikada, 4xaricdə) və 4 fənn proqramı
2022 – ci il -5 məqalə (3 respublikada, 2xaricdə) , 17 tezis və 2 fənn proqramı
2023 – cü il -12 məqalə (8 respublikada, 4xaricdə) 10 tezis və 6 fənn proqramı
2024-cü il – 1 dərs vəsaiti, 7 məqalə, 26 tezis və 6 fənn proqramı,
Beynəlxalq əlaqələr
Kafedra M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Belorusiya Dövlət Universiteti, Bakı Dövlət Universiteti və şəhərimizdəki ali məktəblərin oxşar kafedraları ilə sıx əlaqə saxlayıb, əməkdaşlıq edir.
Kafedra əməkdaşlarının inzibati-ictimai fəaliyyəti
Kafedranın əməkdaşları şəhərin və universitetin ictimai işlərində fəal iştirak edirlər, o cümlədən Universitetdə keçirilən ictimai – siyasi tədbirlərdə təşkilatçılıq edirlər.
Kafedranın nəzdində tələbə - müəllim birliyi adı altında “ Kitab oxuyaq” klubu fəaliyyət göstərir və kafedranın baş müəllimləri Z.R.Novruzova və M.E.Mustafayeva rəhbərlik edirlər.
Kafedranın dos.H.T.Budaqov Azərbaycan Texnologiya Universitetinin ağsaqqallar şurasının sədridirş
Kafedranın əməkdaşları Yeni Azərbaycan Partiyasının üzvüdür. Onların keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.
Professor-müəllim heyəti
Abbasova Səlminə Hidayət qızı
Baş müəllim
Tağiyeva Aidə Rza qızı
Baş müəllim
Bayramova Lamiyə İlyas qızı
Müəllim
Məmmədova Müşfiqə Habil qızı
Müəllim
Yusifov Fuad Yusif oğlu
Dosenti, kafedra müdiri
Mətanət Mustafayeva Eldar qızı
Baş müəllim
Əhmədov Nüsrət Məsim oğlu
Baş müəllim
Hüseynov Rafiq Alcəfər oğlu
Baş müəllim
Məmmədova Süsənbər Əsəd qızı
Dosent
Tağıyeva Mehriban İmran qızı
Dosent əvəzi
Zəminə Novruzova Rəsul qızı
Baş müəllim