Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi

 

Əliyev Şakir Hüseynqulu oğlu

Yüngül sənaye mühəndisliyi və logistika

Dekan v.m.i.e

(+994 22) 257 07 09

sh.eliyev@atu.edu.az

 

Rzayeva Rəsmiyyə Aslan qızı

Yüngül sənaye mühəndisliyi və logistika

Tədris işləri üzrə dekan müavini

(+994 22) 254 06 64

r_rzayeva@atu.edu.az

 

Əmiraslanova Niyar İsmayıl qızı

Yüngül sənaye mühəndisliyi və logistika

Elmi işlər üzrə dekan müavini

(+994 22) 255 08 80

n_amiraslanova@atu.edu.az

Yüngül sənaye mühəndisliyi və logistika   fakültəsi haqqında

Yaranma tarixi

 Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi  Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında iki müstəqil fakültənin - 1978-ci ildən fəaliyyət göstərən “Mexanika” fakültəsi  və 1981-ci ildən fəaliyyət göstərən “Toxuculuq və yüngül sənayenin texnologiyası” fakültələrinin əsasında 1991-ci ildə təşkil olunmuş və “Yüngül sənayenin mexanikası və texnologiyası” fakültəsi   adı ilə 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Sonralar fakültənin adı dəyişdirilərək, 2015-2016-cı  illərdə “Standartlaşdırma və texnoloji maşınlar” adı ilə  fəaliyyətini davam etdirmişdir. Daha sonra,  2016-2017-ci illərdə  fakültənin adı dəyişdirilərək  “Mexanika və metallurgiya mühəndisliyi” adlanmışdır. 2017-ci ildən hal-hazıra kimi “Yüngül Sənaye Mühəndisliyi və logistika” fakültəsi adlanır.

 

Dekan, dekan müavinləri, tyutorlar

Dekan v.m.i.e:  Əliyev Şakir Hüseynqulu oğlu

Dekan müavinləri:

Tədris işləri üzrə:  Rəsmiyyə Aslan qızı           Rzayeva
Elm və tərbiyə işləri üzrə:  Niyar İsmayıl qızı  Əmiraslanova

Tyutorlar:

I kurs üzrə: Qafarova Vüsalə

II kurs üzrə: Məmmədova Sevinc

III kurs üzrə:Yusubova  Vəfa

IV kurs üzrə:  Kəsəmənli Ləman

Kafedralar:

  • * Maşın mühəndisliyi və logistika
  • * Kimya və metallurgiya mühəndisliyi
  • * Yüngül sənaye mühəndisliyi və dizayn

 

İxtisaslar:

Fakültədə çoxpilləli tədris sistemi əsasında: 050621- “ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”; 050632-“Nəqliyyat mühəndisliyi”; 050627-“Metallurgiya mühəndisliyi”, 050306- “Dizayn” ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır.

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində aşağıdakı  kafedralar fəaliyyət göstərir.

  1. 1. “Maşın mühəndisliyi və logistika”  ;
  2. 2. “Kimya və metallurgiya mühəndisliyi “
  3. 3. “Yüngül sənaye mühəndisliyi və Dizayn” .

Elmi tədqiqat işləri

2018-2020-ci il üçün “Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində   elmi tədqiqat işlərinin mövzuları:

1.Maşın mühəndisliyi  və logistika kafedrasında   iki  elmi istiqamət üzrə  elmi iş yerinə yetirilib:

Birinci mövzu: Elmi istiqamət -“Azərbaycan Respublikasının qərb zonasında xalq təsərrüfatının inkişafında  nəqliyyat, anbar logistikasının rolu və əhəmiyyətinin tədqiqi”.

İkinci mövzu : Problemin mövzusu:

“Xidmət sahələrində keyfiyyətin idarə olunma sistemlərinin təkmilləşdirilməsi”

  1. 1. Yüngül Sənaye mühəndisliyi və dizayn kafedrasında  üç elmi istiqamət üzrə  elmi iş aparılıb.

Elmi istiqamətin problemi:

Problem1:  Tikiş məmulatları istehsalında rasional texnologiyaların  işlənməsi.

Problem 2: Bərpa təyinatlı uşaq geyimlərinin  və ortopedik ayaqqabıların gigiyenik xassələrinin tədqiqi.

Problem 3.Hörmə  prosesində trikotajın quruluşunun formalaşma nəzəriyyəsi.

Problem 4. Maddi-Mənəvi dəyərlərin qorunması və müasir şəraitdə inkişaf etdirilməsi.

Kimya və metallurgiya kafedrasında  bir  Elmi istiqamət üzrə  elmi iş aparılıb.

Problem:  “Alunit filizindən gil–torpaq istehsalı texnologiyasının təkmilləşdirilməsinin təhlili”

2021-2023-cü il üçün Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində  

Elmi tədqiqat işlərinin mövzuları:

1.Maşın mühəndisliyi  və logistika  kafedrasında   -    bir elmi istiqamət üzrə  elmi iş yerinə yetirilib:

Problemin mövzusu: Azərbaycan Respublikasında  logistikanın inkişaf perspektivləri;

2.Yüngül Sənaye Mühəndisliyi və Dizayn  kafedrası -    bir elmi istiqamət üzrə  elmi iş yerinə yetirilib.

Problemin mövzusu:  Qarabağ milli geyimlərinin və dekorativ-tətbiqi sənət nümunələrinin etno-dizayn kompozisiya analizi, müasir geyimlərin layihələndirilməsində bu nümunələrdən istifadə yolları.

3.Kimya və Metallurgiya Mühəndisliyi   kafedrası -    bir elmi istiqamət üzrə  elmi iş yerinə yetirilib.

Problemin  mövzusu: Alüminium vərəq istehsalında tökmə - yayma prosesinin təhlili.

4.Tələbə Elmi Cəmiyyətinin - 2022-ci il üçün fəaliyyətində, əsasən  9 tələbə seminarı;

 tələbələr üçün 4 tədbir- təlim ;

Beynəlxalq konfranslarda    4 nəfər tələbə iştirak edib.

Universitetlərarası  tələbə mübadiləsində Erasmus proqramı üzrə   Seyfullayev Elcan  Polşada  1 semestr  təhsil alıb.

Tələbə Elmi  Cəmiyyətinin xətti ilə 26-29 may 2022-ci ildə    Azərbaycanda Bakıda keçirilən “Texnofest  “ festivalında  Azərbaycan  Texnologiya  Universitetinin “Yüngül Sənaye mühəndisliyi və  logistika” fakültəsindən  iki komanda :

1.Rossol komandası

Rəhbər: Yusif Vüqar oğlu Məmmədov

Tariyel-Hicran İbrahim oğlu Məmmədli

Rza Kənan oğlu  Əsgərov

2.Şahin komandası

Rəhbər: Elmir İmamqulu oğlu  Mollayev

Elay Elçin oğlu  Məmmədov

Gülgəz Arzu qızı   Abdullayeva  iştirak ediblər.

 Beynəlxalq konfranslarda  fakültənin   4 tələbəsı iştirak edib.

2022-2023-cü ildə YSML fakültəsindəfakültə dekanı Namik Əsgərovun təşəbbüsü  ilə 2022-ci ilin  dekabrında fakültə müəllimləri və kafedra müdirlərindən ibarət münsiflər heyətinin iştirakı ilə  "fakültə tələbələrinin konfransı” keçirildi.

Universitetlərarası  tələbə mübadiləsində Erasmus proqramı üzrə   Rumıniyada Tariyel-Hicran İbrahim oğlu Məmmədli II(yaz ) semestrdə  təhsil alıb.

Startap üzrə keçirilən layihələrdə  fakültənin 2 tələbəsi (Anaxanım İntiqam qızı Rzazadə və Elvin Anar oğlu Həsənov) qalib olublar.

Fakültədə Tələbə konfransı və 5 seminar keçirilib .

“YSMvə L”  fakültəsində 3 tələbə dərnəyi-  “Avtomobilçi”, “ Milli irs” və  “Metallurq” dərnəkləri fəaliyyət göstərib.

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində 14 açıq dərs dinlənilib.

“Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində  12 seminar dinlənilib.

Fakültədə   vətənpərvərlik  ruhunda ənənəvi olaraq tələbələrin əl işlərindən ibarət sərgilər keçirilir və bu mütəmadi olaraq hər il davam edir.

 

 Yüngül sənaye mühəndisliyi  və logistika  fakültəsində  aparılan tədbirlər.

Fakültəmizin sabiq dekanı dosent Nazim Vəliyevin rəhbərliyi ilə Maşın mühəndisliyi və logistika kafedrasının müdiri dosent Şakir Əliyev və kafedranın doktorantı Turxan Məmmədyarov 22.09.2020-ci il  tarixində Şəmkir Aqroparkında olmuşlar. Universitet –sənaye əməkdaşlığının rolunun artırılması məqsədilə,eləcə də istedadlı məzunları işlə təmin etmək üçün Şəmkir Aqroparkında İnsan Resursları Şöbəsinin rəhbəri Şəlalə Mövlayeva ilə görüşmüşlər. Bu görüşdə xüsusi Dövlər Proqramı əsasında fevral ayından müəssisədə logistika üzrə təcrübə və xüsusi hazırlığın aparılması, nəhayət attestassiyadan keçmiş tələbələrin yaşadıqları ünvanlara uyğun olaraq Logistika mərkəzlərində işlə təmin edilməsi nəzərdə tutulur. Proqramda bakalavr və magistrantlar iştirak edə biləcək.

28.05.2020-ci il tarixində fakültəmizdə Elmi işlər üzrə dekan müavini və Tələbə Elmi Cəmiyyətinin xətti ilə 28 May Respublika günü münasibətilə onlayn videotədbir.

Fakültəmizin "Avtomobilçi" dərnəyində  çalışan bir qrup tələbə layihələndirdikləri iki yerli minik avtomobili üçün sıradan çıxmış avtomobildən istifadəsi mümkün olan hissələri yığdıqları avtomobildə istifadə etmək üçün çıxardılar.

16.12.2019- cu il tarixində Tələbə Elmi Cəmiyyətinin xətti ilə 1319 a1 qrup tələbəsi Nicat Bayramovun “İnteryer dizaynerlərin çox istifadə etdikləri proqramlar”  mövzusunda seminarı keçirildi. Seminarda Avtocad memarlıq, 3DSMax görüntülərin hazırlanmasında,müxtəlif növ 3D modellərindən, Sketchup interyer və eksteryer işlərində, xüsusilə sahə dizaynında SolidWorks proqramından, CorelDrawe dizaynerlər üçün olan qrafika və QuarkXPress proqramındaan bəhs edildi.

Azərbaycan Texnologiya Universitetinin həyata keçirdiyi "Müştəriyə Yönümlü Proqram" çərçivəsində Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin əməkdaşları müasir sənaye müəssisəsi olan "Zəyəm Texnologiyalar Parkında" olmuş və hər iki tərəfi maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışlar. (6.12.2019)

1418a2 qrup tələbələri

Elvin Qasımlıvə  Rəmzi Məmmədov Azərbaycan MMA, PANKRATİON və GRAPPLİNG federasiyasının uşaqlar, yeniyetmələr, gənclər , böyüklər və qızlar arasında təşkil etdiyi Azərbaycan Respublikası Çempionatı və Birinciliyində Pankration və GRAPPLİNG döyüş növlərində 2-ci və 3-cü yerlərə layiq görülmüşlər.

Fakültəmizdə 25.04.2019cu il tarixində Yüngül sənaye mühəndisliyi və  dizayn kafedrasında bakalavr 1317 r qrup tələbəsi Çinarə Qasımovanın “Oсновы светоотделение” - “İşıq ayrılmasının əsasları” »mövzusunda  seminarı keçirildi. Seminarda işıq ayrılmasının axromatik və xromatik üsulları açıqlandı və alınmış nəticələr qeyd edildi.

Fakültəmizin sabiq dekanı Nazim müəllim başda olmaqla Yüngül sənaye mühəndisliyi və  dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, kafedranın bir qrup müəllim heyəti və "Çoxişlənən malların texnologiyası mühəndisliyi " ixtisasının birinci kurs tələbələri 22.10.2019-cu il tarixində Respublikamızda müasir son nəsil texnoloji avadanlıqlarla işləyən və kefiyyətli pambıq növündən mahlıc , iplik ,sap istehsal edən Mingəçevir tekstil sənaye parkına növbəti dəfə səfər etdilər.

Ukraynanın Xarkov şəhərində Azərbaycanın ilk “Mədəniyyət və İnformasiya “ mərkəzi açııldı. Mərkəzdə hər iki dövlətin dostluğunu təmsil edən abidə, mütəfəkkirlərinin və görkəmli şəxsiyyətlərinin heykəlləri ucaldılıb. Xarkov şəhərində Qarabağ Xanlığının milli geyimlərinin  nümayiş etdirildiyi tədbirdə Azərbaycan Texnologiya Universitetinin (ATU) Yüngül Sənaye mühəndisliyi və Logistika fakültəsinin – Yüngül Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Hicran Ramazanova iştirak etmişdır. H.Ramazanova tədbirdə Qarabağ Xanlığı milli geyimlərinin ayrılmaz hissəsi olan baş örpəyi   kəlağayının  araşdırılması mövzusunda maraqlı və ətraflı çıxış etmişdir. Ukraynanın  Xarkov şəhərində keçirilən tədbirdən görüntülər:

Fakültəmizdə 7.11.2019- cu il tarixində tələbələrimiz və fakültə TEC-in üzvləri ilə birlikdə “Dövlət Bayrağı” gününə həsr olunmuş tədbir keçirildi. Bu tədbirdən olan səhnəciklər tələbələrin təşəbbüskarlığı ilə təşkil olunmuşdu.

  31 Oktyabr 2019  · Azəralüminiumda kafedra filialının açılışı olub.

Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (ATU) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub. Açılış lentini universitetin rektoru, professor Akif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyev kəsiblər.

Rektor bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar. Belə ki, tədris prosesində nəzəri təlimlərlə paralel, uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin tələbələrin (II  və  III kurs tələbələrinin) gələcəkdə təcrübə müddətinin də Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub. Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçün yaradılmış şəraiti lazımınca dəyərləndirməyi tövsiyə edərək zavod şəraitində keçirilən ilk dərs günündə uğurlar arzulayıb.

Oqtay Rəfiyev və Gəncə Alüminium Kompleksinin istehsalat üzrə rəhbəri Cəmil Səfərov isə çıxışlarında tələbələrin zavodun işçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusilə yararlanacaqlarını, əsasən təcrübə xarakterli olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyini bildiriblər.

Fakültəmizdə 25.10.2019-cu il tarixində 1229 r birinci kurs tələbəsi Orucov Elman Ramin oğlunun “Nəqliyyat –iqtisadiyyatın damarlarıdır” mövzusunda seminarı keçirildi. Seminarda nəqliyyatın indiki dövrdə çox mühüm və səmərəli vasitə olması,  istehsalla istehlakçı arasında kəsilməzliyi tənzimləyən vasitə olduğu açıqlandı. Nəqliyyatın əsas növlərindən bəhs edildi və hər bir nəqliyyat növünün hansı məhsullar üçün təyin olunduğu açıqlandı.

Fakültəmizin sabiq dekanı Nazim Vəliyevin təşəbbüsü ilə yaradılmış “Metallurq” qrupunun tələbəsi Yasin Rasim oğlu  Abbasovun Det-Al alüminium kompleksində “Gil torpaq istehsalında istifadə olunan xammalların araşdırılması” mövzusunda seminarı 15.05.2018-ci il tarixində keçirildi. 

Fakültəmizdə Nijniy Novgorod Dövlət Texniki Universiteti ilə tələbə debatını  özündə əks etdirən telekörpü həyata keçirildi.

15 may 2019

Fakültəmizin 1317a2 qrup tələbəsi Eyvaz  Əliyevin diplom və medalları - ?.

Fakültəmizdə fakültə dekanı Namik Əsgərovun təşəbbüsü ilə "fakültə tələbələrinin konfransı fakültə müəllimləri və kafedra müdirlərindən ibarət münsiflər heyəti təşkil olunmaqla keçirildi.