Elmi̇ fəali̇yyəti̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ mərkəzinin əsas funksiyaları aşağıdakılardır:
1. ATU-nun kafedra və laboratoriyalarının elmi-tədqiqat fəaliyyətinə təşkilati metodik rəhbərliyin, planlaşdırmanın, koordinasiya və nəzarətin icrası;
2. Universitetin müəllim və tələbə kollektivinin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi;
3. Beynəlxalq tələbata müvafiq kadr hazırlığı istiqamətində fundamental və tətbiqi elmi tədqiqat işlərinin inkişaf etdirilməsi;
4. Beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi;
5. Elmi-tədqiqat və innovasiya fəaliyyəti ilə məşğul olan əməkdaşların nailiyyətlərinin universitetin saytında mütəmadi təbliğatının aparılması;
6. Yerinə yetirilmiş elmi-tədqiqat işləri və elmi pedaqoji kadrların hazırlanması haqqında illik hesabatların tərtib edilməsi;
7. Tətbiq olunması vacib hesab edilən elmi-tədqiqat işlərindən istehsalatda istifadə edilməsi üzrə müvafiq təkliflərin hazırlanıb yayılması;
8. Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin qeydiyyata alınmasının və başa çatdırılmış elmi tədqiqat işləri haqqında hesabatların müvafiq qaydada hazırlanmasının təşkili;
9. Professor-müəllim heyətinin, mühəndis-texnoloq, texniki personalın, doktorant- disertant, magistrantların, bakalavriatların respublikada və xaricdə keçirilməsi planlaşdırılan elmi tədbirlər haqqında məlumatlandırılmasının və iştirakının təşkil edilməsi;
10. ATU-nun bakalavrlarının və magistrantlarının elmi fəaliyyətə cəlb edilməsinin gücləndirilməsinə yönəldilən tədbirlərin işlənməsi;
11. ATU-nun elmi- praktik konfranslarının aktual mövzulara həsr olunmasının və keçirilməsinin təşkili;
12. ATU əməkdaşlarının ixtiralarının potentləşdirilməsi üzrə işlərini innovasiyalar üzrə mütəxəssisə həvalə etməklə prosesin icrası üçün lazım olan sənədləşmənin aparılması;
13. Elmi̇ fəali̇yyəti̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ mərkəzinin vəzifələrinin təkmilləşdirilməsi, tədqiqat laboratoriyalarının yaradılması, ləğv edilməsi haqqında təkliflərin toplanması və elmi şuranın müzakirəsinə hazırlanması;
14. Müəllim və tələbələrin Startap fəaliyyətinin daim genişləndirilməsi, onların müsabiqələrdə iştirakının təşkili;
15. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin universitetin elmi işləri ilə əlaqəli təşkil edilməsi;
16. Tələbə klublarında Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə mütəmadi nəzarət edilməsi;
17. ATU-nun Elmi potensialının lazımi formada saxlanılması, inkişaf etdirilməsi üçün universitetdə ildə 1 (bir) dəfədən az olmayan beynəlxalq və respublika konfranslarının, yaxud simpoziumların keçirilməsi;
18. Elmi tədqiqat-təhsil prosesinin cari tələblərinin və müvafiq təşkilati işlərin icra edilməsi.
ƏMƏKDAŞLAR
1. Qalibə Rza qızı Məmmədova – Direktor
2. Adilə Şəmsur qızı Həsənova – Elmi innovasiyalar üzrə mütəxəssis
3. Məleykə Yadigar qızı Bədəlova – Elmi innovasiyalar üzrə mütəxəssis
4. Səkinə Yaşar qızı Hüseynova – Operator