Əcnəbilər üçün məlumat kitabçası
Dinamik bir universitet olaraq, əcnəbi tələbələr üçün təklif etdiyimiz xidmətlərin qiymətləndirilməsi ilə bağlı mütəmadi şəkildə tələbələr arasında sorğular keçiririk. Beləliklə də, qlobal dövrün tələbini ödəmək üçün xidmətlərimizin keyfiyyətini sorğu nəticələrinə əsasən artırırıq.
Yaşayış xərcləri
Gəncə şəhərində aylıq yaşayış xərci orta hesabla 400-450 AZN təşkil edir. Bunlara daxildir: yaşayış, ərzaq, kommunal, eləcə də digər nəqliyyat və sosial fəaliyyət xərcləri və s.
ATU əcnəbi tələbələrin Gəncə şəhərində məskunlaşmasına köməklik göstərir.
Tibbi sığorta
ATU beynəlxalq komandası əcnəbi tələbələrə tibbi sığorta ilə bağlı müvafiq köməklik göstərir.