Lalə Natiq qızı Həsənova 13 fevral 1984 cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 1990-2000 ci illərdə Gəncə şəhərində yerləşən M.Müşfiq adına 14 saylı məktəbdə alıb. Oranı bitirdikdən sonra 2000-ci ildə Gəncə Humanitar Kollecinin “ İbtidai təhsilin metodikası “ fakultəsinə qəbul olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin “ Təsviri İncəsənət və rəsmxətt “ixtisasına qəbul olub. 2007-ci ildə Bakı Müəllimlər İnstitunda “Psixologiya” üzrə ixtisasartırma kursu keçib. 2008- ci ildən Gəncə şəhəri P.Hüseynov adına Futbol təmayüllü gimnaziyada psixoloq vəzifəsində çalışıb. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2011-ci ildən 38 saylı Gəncə birinci seçki dairəsinin 5 saylı məntəqəsinin üzvüdür. Çalışdığı müddətdə Gəncə şəhərinin ictimai siyasi həyatında fəal iştirak etdiyi üçün.partiya və şəhər rəhbərliyi tərəfindən müxtəlif illərdə “Təşəkkürnamə “ və “Fəxri fərman” larla təltif olunub. 2016-cı ildə I Sosial Media Forumunun iştirakçısı olub və sertifikat alib. 2022-ci ildən Azərbaycan Texnologiya Universitetində Bədii rəhbər vəzifəsində çalışıb. 2025-ci il mart ayının 3-dən Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Hərbi Səfərbərlik Şöbəsinin əsas funksiyaları aşağıdakılardır
1.Respublikamızdaki bütün Hərbi Səfərbərlik İdarələrinin tapşırıqlarını yerinə yetiririk;
2. Hərbi Səfərbərlik İdarələrinə tələbələr ilə bağlı forma 10 (məxfi) arayışları göndəririk;
3.Arayışlarda tələbələrin universitetə daxil olduqları il və bitmə tarixi göstərilir;
4.Akademik məzuniyyətlər və qovulmalar barədə Hərbi Səfərbərlik İdarələrinə məlumatlar verilir;
5.İşcilər işə qəbul olduqda və işdən azad olduqda Səfərbərlik İdarəsinə məlumat verilir;
6.ATU-nun sənədlərinin məxfiliyinin qorunmasını təmin etmək.
ƏMƏKDAŞLAR
1. Həsənova Lalə Natiq qızı - Müdir
2. İsmayılov Bəxtiyar İlqar oğlu – Mühəndis
3. Əliyeva Günel Mehdi qızı - Operator