İnsan resursları şöbəsinin funksiyaları
1.Universitetin insan resurslarının planlaşdırılması prosesinə dair zəruri daxili normativ-metodoloji sənədlərin işlənib hazırlanması, beynəlxalq təcrübəyə müvafiq olaraq onların təkmilləşdirilməsinin təmin edilməsi;
2. Universitetdə işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi, mövcud vakant ştatların komplektləşdirilməsi, habelə universitetin zəruri sayda və keyfiyyətdə insan resursları ilə təmin edilməsi istiqamətində davamlı və operativ fəaliyyət;
3. Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi üzrə fəaliyyət;
4. İşə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsinin təmin edilməsi;
5. İşə qəbul prosesinə dair sənədləşmələrin aparılması;
6. İnsan resurslarının planlaşdırılması və işə qəbul üzrə proqram və layihələrin həyata keçirilməsinin təmin edilməsi;
7. Şöbənin fəaliyyətinə və taktiki planının icrasına dair müxtəlif hesabatların hazırlanması, digər cari işlərin yerinə yetirilməsi;
8. Əməkdaşların təhsili üzrə təşkilatı tədbirlərin və müvafiq sənədləşmələrin aparılması;
9. Əməkdaşların karyera planlaşması prosesinin təşkili və aparılması;
10. Universitet əməkdaşlarının sosial təminatının gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması;
11. Şöbənin fəaliyyətinə və taktiki planının icrasına dair müxtəlif hesabatların hazırlanması, digər cari işlərin yerinə yetirilməsi;
12. Universitet əməkdaşlarının şəxsi işlərinin və kadr-uçot formalarının aparılması;
12. Universitet əməkdaşlarının əmək müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparılması;
13. Universitetin bütün strukturlarının ştat vahidləri üçün həmin strukturların rəhbərləri tərəfindən və universitet rəhbərliyi ilə əlaqəli şəkildə şöbələrə dair əsasnamə və əməkdaşların vəzifə təlimatlarının hazırlanmasını təmin etmək və onların məzmun və formaca İSO keyfiyyət standartlarına uyğun olmasına nəzarət etmək;
14. Əmək müqaviləsi daxil olmaqla, işə qəbul olunma haqda əmrlərin rəsmiləşdirilməsi və işçilərin müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsinin təmin edilməsi;
15. Struktur bölmələr daxilində işçilərin universitetin məqsədləri uğrunda səmərəli istifadəsinə və inkişaf etdirilməsinə nəzarət edilməsi, habelə işçilərin hüquqlarının və imtiyazlarının təmin edilməsi;
16. Qanunvericiliyə müvafiq olaraq işə qəbulu və işçilərin başqa işə keçirilməsi, işdən azad edilmələrinin rəsmiləşdirilməsi və həyata keçirilməsi.
17. İnsan resursları üzrə sənədləşmə və kadr uçotu işlərinin aparılması;
18. İnsan resursları üzrə informasiya bazasının formalaşdırılması, idarə edilməsi və onun avtomatlaşdırılmasına dair təkliflərin hazırlanması;
19. Universitet əməkdaşlarının əməkhaqqı, əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyətləri, əmək və digər məzuniyyətləri üzrə məlumatların sistemə daxil edilməsi;
20. Öz səlahiyyətləri daxilində universitet əməkdaşlarına müvafiq arayışların verilməsi;
21. Universitetin ştat cədvəlinə uyğun struktur vahidləri üzrə kadr ehtiyacının müəyyən edilməsi və bu ehtiyaca əsaslanaraq tələb olunan peşə və ixtisasa malik işçi heyət ilə təmin edilməsi;
22. Kadrların axtarılması, seçilməsi və işə götürülməsi, habelə vəzifəsinin dəyişdirilməsi qaydalarının və prosedurlarının təsbit edilməsi və icrasına nəzarət edilməsi;
23. Qanunvericiliyə və əmək müqaviləsinə uyğun olaraq aşkar edilmiş nöqsanların aradan qaldırılması;
24. Rəhbərlik tərəfindən aparılan rəsmi işçi performansının qiymətləndirilməsi əsasında işçilərin peşəkar və ixtisas dərəcələrinin uyğunluğunu rəsmiləşdirmək, habelə zəruri hallarda işçilərin attestasiyasının keçirilməsinin təşkil edilməsi və bu sahədə universitetdə yaradılajaq komissiyaların işində iştirak edilməsi;
25. Kadrların say və keyfiyyət tərkibinin, habelə illik hərəkətinin təhlili və bu sahədə rəhbərlik qarşısında təkliflərin hazırlanması;
26. İşçilərin mükafatlandırılması, habelə maddi və intizam məsuliyyətinə cəlb olunması üçün əsasverici materialların hazırlanması.
27. Pensiyaya dair müvafiq sənədlərin hazırlanması və onların sosial təminat orqanlarına təqdim edilməsi;
28. Tabel uçotu və əmək məzuniyyətinə çıxma qrafikinin hazırlanması, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti və əlavə məzuniyyətlərin rəsmiləşdirilməsi;
29. Seçkili vəzifələri tutmaq üçün seçki qrafikinin hazırlanması;
30. Struktur bölmələri üzrə əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili nizam qaydalarının riayət edilməsinə nəzarət edilməsi;
31. Şöbəyə daxil olan işə qəbul, başqa vəzifəyə keçirilmə, azad olunma və əmək qanunverijiliyinin pozulması ilə əlaqədar olan ərizə və şikayətlərə baxılması və qoyulan məsələlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
32. Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılması, habelə işçilərin əmək fəaliyyətlərinə dair arayışların verilməsi;
33. Əmək kitabçalarının qəbulu, doldurulması, saxlanılması və yeni əmək kitabçalarının açılması;
34. Şəxsi heyətin uçotu, işçilərin şəxsi işlərinin hazırlanması və aparılması, əmək fəaliyyətləri ilə bağlı dəyişikliklərin edilməsi;
35. Öz fəaliyyətinə aid sənədlərin arxivləşdirilməsinin təşkil edilməsi.
ƏMƏKDAŞLAR
1. İlham Hacibaba oğlu Əlizadə - müdir
2. Novalə Balabəy qızı Məlikova – aparıcı mütəxəssis;
3. Səbinə Ruslan qızı Hüseynova – aparıcı mütəxəssis;
4. Pərvanə Yadulla qızı Zülfiqarova – mütəxəssis.