Magistratura və doktorantura şöbəsinin əsas funksiyaları
Magistratura üzrə
1. Şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
2. İxtisasların dövlət standartlarının, işçi tədris planlarının hazırlanmasını və təsdiqini təmin etmək;
3. Magistratura pilləsində tədris prosesinə, tərbiyə işinə və elmi-tədqiqatların yerinə yetirilməsinə bilavasitə rəhbərlik etmək;
4. Tədris yüklərini yoxlamaq və kafedralara tədris yükü tapşırıqlarını vermək;
5. Kafedraların müəllimlərə planlaşdırdığı tədris yükünün düzgünlüyünü yoxlayaraq onlara rəy vermək;
6. Qəbul planlarını hazırlamaq;
7. Qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrləri hazırlamaq;
8. Tədris planına uyğun imtahan cədvəllərini hazırlamaq, dərslərin keçirilməsini və sessiya imtahanlarını təşkil etmək, imtahanların keçirilməsinə, akademik borcların ləğvinə, dərsə davamiyyətə nəzarət etmək;
9. Tələbələrin buraxılış-yekun dövlət imtahanlarında, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsinə buraxılması üçün rektora təqdimat hazırlamaq;
10. Tələbələrin müstəqil işlərinə nəzarət və onların elmi fəaliyyətləri üçün şərait yaranmasını təmin etmək;
11. Tərbiyə, tədris və elmlə bağlı bütün məsələlərdə iştirak etmək;
12. Protokollardan, əmrlərdən çıxarışların və arayışların yazılmasını təmin etmək;
13. Magistrantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;
14. Tədrislə bağlı bütün statistik məlumatları hazırlamaq və aidiyyəti təşkilatlara göndərmək;
15. Cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.
Doktorantura və dissertantura üzrə:
1. Şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
2. Doktorantların (dissertantların) qəbul planlarını hazırlamaq;
3. Doktorant və dissertantlarla bağlı bütün statistik məlumatları hazırlayıb aidiyyəti təşkilatlara göndərmək;
4. Qəbul sənədlərini hazırlamaq;
5. Doktoranturaya qəbul müsabiqəsində sənədləri və protokolları tərtib etmək;
6. Qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrləri hazırlamaq;
7. Doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilmə, təhkim olunma əmrlərini hazırlamaq;
8. Doktorluq imtahanlarının əmrlərini hazırlamaq və keçirilməsini təşkil etmək, doktorluq imtahanlarının verilməsi haqqında vəsiqələri hazırlamaq;
9. Doktorant və dissertantların attestasiyadan keçmələrinə (bir təhsil ilindən digər təhsil ilinə) kafedralarla əlaqəli şəkildə nəzarət etmək və attestasiya əmrlərini hazırlamaq;
10. Protokollardan, əmrlərdən çıxarışların və arayışların yazılmasını təmin etmək;
11. Doktorant və dissertantların tədrisi və elmi yaradıcılıq fəaliyyətinə aid olan bütün məsələlərdə iştirak etmək;
12. Elmi-praktiki konfransların keçirilməsini təşkil etmək;
13. Doktorantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafiq dəyişiklikləri, o cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;
14. Cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.
ƏMƏKDAŞLAR
1. Bayramov Eldəniz Ənvər oğlu - müdir
2. Gülsurə Yusif qızı Mehdiyeva - müdir müavini
3. Kəmalə Aydın qızı Nəsirova – inspektor
4. İbrahim Qusaməddin oğlu İsayev – inspektor
5. Ayşə Seydi qızı Əhmədova – tyutor
6. Elmira Arif qızı Musayeva – operator