Tədqiqatlarımız

1) Qida və turizm sənayesi mühəndisliyi və menecmenti

Qida mühəndisliyi və ekspertiza kafedrası

Problem: Ölkədə qida təhlükəsizliyinin təminatı baxımından ekoloji təmiz qida məhsulunun istehsal texnologiyasının təkmilləşdirilməsi

Mövzu: Funksional təyinatlı çörək-bulka məmulatları istehsalının innovativ texnologiyasının işlənməsi

 

İdarəetmə kafedrası

Problem: Respublikanın iqtisadi regionlarda qida məhsulları istehsalı müəssisələrinin iqtisadi inkişaf strategiyası

Mövzu: Azərbaycan Respublikasının iqtisadi regionlarında qida sənayesinin inkişaf istiqamətləri (Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionları timsalında)

 

Turizm sənayeninin təşkili kafedrası

Problem: Milli iqtisadiyyatın inkişaf strategiyasında prioritet istiqamətlərdən biri olan turizmin inkişaf istiqamətlərinin araşdırılması və yaxşılaşdırılması məsələlərinin həlli

Mövzu: Respublikamizda turizm sənayesinin inkişafinin müasir problemləri

 

İqtisadiyyat kafedrası

Problem: Azərbaycanda turizm sənayesinin iqtisadiyyatı, marketinqi və menecmentinin problemləri

Mövzu: Azərbaycanın turizm sahibkarlığında marketinq araşdırmaları və fəaliyyətin menecmenti

 

2) Logistika mühəndisliyi və menecmenti

Maşın mühəndisliyi və logistika kafedrası

Problem: Azərbaycan Respublikasında logistikanın inkişaf perspektivləri

Mövzu: Azərbaycan Respublikasında nəqliyyat logistikasının inkişaf perspektivləri

 

3) Yüngül sənaye mühəndisliyi və menecmenti

Yüngül sənaye mühəndisliyi kafedrası

Problem: Qarabağ milli geyimlərinin və dekorativ-tətbiqi sənət nümunələrinin etno-dizayn kompozisiya analizi, müasir geyimlərin layihələndirilməsində bu nümunələrdən istifadə yolları

Mövzu: Qarabağ milli geyimlərində və dekorativ-tətbiqi sənət nümunələrində etno-dizayn kompozisiya xüsusiyyətlərinin analizi

 

4) Informasiya texnologiyalari mühəndisliyi və menecmenti

Avtomatika və informasiya texnologiyaları kafedrası

Problem: Texniki sistemlərdə itkilərin azaldılması üçün avtomatik sistem və vasitələrin işlənməsi

Mövzu: Sənayedə çiləmə proseslərində itkilərin qarşısının alınması üçün avtomatik sistemin işlənməsi və əsaslandırılması

 

Kompüter mühəndisliyi və telekommunikasiya kafedrası

Problem: Şanvari texnologiyalara əsaslanan telefon rabitəsində Avropa rəqəmsal naqilsiz telefon standartına uyğun avadanlıqlarının xarakteristikalarının çıxarılması və onların əsasında optimal iş rejimlərinin seçilməsi

Mövzu: Telekommunikasiya sistemlərində simsiz və optik ötürücü mühitlərində tətbiq edilən sahələrinin tədqiqi

 

5) Metal və materiallar mühəndisliyi və menecmenti

Kimya və metallurgiya mühəndisliyi kafedrası

Problem: Alüminium vərəq istehsalında diyircəkli tökmə-yayma prosesinin təhlili

Mövzu: Diyircəkli tökmə-yayma prosesində ərintinin temperaturu­nun və sürətinin deformasiya probleminə təsirinin təhlili

 

Ümumi və tətbiqi fizika kafedrası

Problem: Gümüş aşqarlı xalkogenitlərdə elektrofiziki hadisələr

Mövzu: Gümüş xalkogenitlərin elektrik keçiriciliyinin və istilik keçiriciliyinin temperaturdan asılılığının təyini

 

Ümumi və tətbiqi riyaziyyat kafedrası

Problem: Bəzi yarımkeçirici bərk maddələrin elektrofiziki xassələrinin tədqiqində riyazi modelləşdirmə və optimal idarəetmənin bəzi məsələləri

Mövzu: Bəzi yarımkeçirici maddələrin elektrofiziki xassələrinin tədqiqi üçün riyazi modelin qurulması və həllin optimallaşdırılması üsulları

6) Davamli inkişaf və təhsil texnologiyalari

İdarəetmə kafedrası

Mövzu: Yerli özünüidarəetmədə bələdiyyələrə inamın sosial-psixoloji aspektləri

 

İctimai elmlər və multikulturalizm kafedrası

Problem: Ənənəvi elmi nəzəri metodologiya ilə müasir ictimai inkişafın aktual problemlərinin reallığa uyğun olaraq davamlı inkişafı təmin edən amillərinin öyrənilmə zərurətinin yeni nəzəri modelinin işlənməsi

Mövzu: Davamlı inkişafın dialektikası