Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsinin əsas funksiyaları aşağıdakılardır:
1. Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən təsdiqlənmiş “Ali ixtisas təhsilinin bakalavr (magistr) pilləsinin Dövlət Standartları" əsasında tədris və işçi tədris planlarının hazırlanması, müzakirə və təsdiq olunması üçün ATU-nun Elmi Şurasına çıxarılması;
2. Yeni tədris ilinə hazırlıq məqsədilə kafedralar üzrə tədris yükünün bölgüsü;
3. Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsi tərəfindən təqdim edilmiş bölgü əsasında kafedralar tərəfindən dərs yükünün ştatda olan müəllimlər arasında mövcud normativ qaydalara uyğun bölünməsinə və yerinə yetirilməsinə nəzarət;
4. Kafedralar tərəfindən sillabuslar, təqvim və tədris planlarının və tədrislə bağlı digər sənədlərin tərtib edilməsinə nəzarət;
5. Kafedralarda tədris olunan bütün fənlər üzrə proqramların, dərslik və dərs vəsaitlərinin mövcudluğuna nəzarət;
6. Professor-müəllim heyətinin açıq dərslərinin və qarşılıqlı dərs dinləmələrinin qrafikə uyğun həyata keçirilməsinə nəzarət;
7. Tədris prosesinin normal keçməsi məqsədilə dekanlıqları, aidiyyəti olan şöbələri və kafedraları lazımi tədris materialları ilə təmin etmək;
8. İstehsalat təcrübəsinin keçirilməsinin təşkili və onlara nəzarət;
9. Müxtəlif illərdə ATU-dan xaric olunmuş tələbələrin bərpası, tələbələrin bir təhsil formasından digərinə, bir ixtisasdan başqasına köçürülmələri ilə əlaqədar təqdim olunmuş sənədlərin müvafiq komissiya üçün hazırlanması;
10. İllik statistik hesablamaların hazırlanması, həmin hesablamaların müvafiq orqanlara çatdırılmasının təmin edilməsi;
11. Universitet üzrə kredit borcu olan tələbələrin qeydiyyatının aparılması;
12. Mövcud Əsasnamənin tələblərinə uyğun olaraq kredit borcu olan tələbələr üçün yay semestrinin təşkili və keçirilməsi;
13. Fakültələrin təqdimatları əsasında hazırlanmış və rektorla razılaşdırılmış DAK sədrlərinin siyahısının Elm və Təhsil Nazirliyinə təsdiq üçün göndərilməsi;
14. Növbəti tədris ili üçün müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrinə tələbə qəbulunun planlaşdırılması və rektorla razılaşdırılması, sonra Elm və Təhsil Nazirliyinə göndərilməsi;
15. Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsinin nəzdində fəaliyyət göstərən dispetçer vasitəsilə tədris intizamına nəzarət edilməsi və bu haqda Tədris işləri üzrə prorektora məlumatların göndərilməsi;
16. Tələbə kontingentinin hərəkəti ilə bağlı aylıq hesabatların hazırlanması;
17. Müxtəlif kafedralarda saathesabı qaydada professor-müəllim heyətinin sənədlərinin toplanması və onlara əmək haqqının ödənilməsi ilə bağlı əmrlərin hazırlanması;
18. Auditoriya fondunun fakültələr arasında bölgüsünün aparılması və bu fonddan səmərəli istifadə edilməsinə nəzarət edilməsi;
19. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər nazirlik, təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimat, məktub, rəhbər əmrlər və digər sənədlərin icraata qəbulu və onların icrasına nəzarət edilməsi;
20. Tədris prosesi ilə bağlı müxtəlif əmrlərin hazırlanması, məktub və digər lazımi sənədlərin nazirlik və müxtəlif təşkilatlara göndərilməsi;
21. İmtahan sessiyalarının və buraxılış işlərinin müdafiəsinə nəzarət edilməsi, fakültələrdən imtahanların nəticələri ilə bağlı hesabatların toplanaraq ümumiləşdirilməsi və müzakirəsinin keçirilməsi;
22. Təlimin intensivləşdirilməsi və tələbələrin biliyinə nəzarət üzrə müasir mütərəqqi formaların tədris prosesinə tətbiqinə nəzarət edilməsi;
23. Arxiv sənədlərinin saxlanılması və müvafiq arayışların verilməsi;
24. Cari uçot və hesabat sənədlərinin aparılması;
25. Universitet ilə iş dünyası arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində müvafiq fəaliyyətləri həyata keçirir;
26. Bu istiqamətdə əsas olaraq tələbələrə ixtisasları üzrə təcrübə imkanlarının müəyyən edilməsi, gələcək karyeraları istiqamətində məsləhətlər verilməsi, məzunların iş tapmalarına köməklik göstərilməsi, universitetin məzunlarla olan əlaqələrinin artırılması və universitetin elmi potensialından istifadə edərək iş dünyasının praktiki həyatda ehtiyac duyduğu sahələrdə xidmətlərin verilməsi istiqamətlərində işlər görür;
27. Universitet tələbələrinin təcrübə yerlərinin müəyyənləşdirilməsi üçün özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını və nəticələrinin arxivlənməsini həyata keçirir; 28. Universitet məzunlarının işlə təmin edilməsinə köməklik göstərir, bu çərçivədə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını həyata keçirir;
29. Universitetlə məzunlar arasında əlaqələrin qorunub saxlanmasını təmin edir;
30. Məzun günləri təşkil edir və məzunların iştirakının təmin edilməsi istiqamətində tədbirlər görür;
31. Məzunların sosial problemlərinin həlli istiqamətində imkanları çərçivəsində köməklik göstərir, məzunların potensialından istifadə edilməsi imkanlarını araşdırır, öncəliklə yeni məzunlar olmaqla məzunların işlə təmin olunmaları istiqamətində fəaliyyətləri icra edir;
32. Şöbə öz işini ATU-nun digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur;
33. ATU-nun sənədlərinin məxfiliyinin qorunmasını təmin etmək.
ƏMƏKDAŞLAR:
1. Cəsarət Əliheydər oğlu Şabanov - müdir
2. Vüsalə Nuru qızı Bayramova – metodist
3. Rəşidə Rəşid qızı Əliyeva – statist
4. Anar Həmid oğlu İbrahimov – inspektor
5. Vüsal Eldəniz oğlu Bayramov – təcrübə-karyera üzrə mütəxəssis
6. Ulduz Eyyub qızı Həsənova - operator
7. Nargilə Ramiz qızı Məmmədova – tələbə-məzun sistemi üzrə mütəxəssis
8. Nazim Əzim oğlu Kərimov – dispetçer
9. Günay Faiq qızı Qəhrəmanova – dispetçer
10. Fuad Zaur oğlu Qəmərli – təcrübə-karyera üzrə mütəxəssis
11. Rita Zelman qızı Tağıyeva – operator