Azərbaycan Texnologiya Universitetində (ATU) yeni tədris ilinin başlaması münasibəti ilə tədbir keçirilib
Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağının qaldırılması ilə açıq elan olunub.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov professor-müəllim heyəti və tələbələri yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb, universitetdə tələbələr üçün yaradılan imkanlardan danışaraq tövsiyələrini verib.
Daha sonra "Azersun Holding" MMC-nin İstedadların idarə olunması şöbəsinin müdiri Səadət Əliyeva, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri prof. Məntiq Cəfərov çıxış edərək tələbələri yeni dərs ili münasibətilə təbrik edib.
Yeni qəbul olan tələbələrin valideynləri, bakalavriat və magistratura səviyyəsinə yüksək balla qəbul olanlar, qazi tələbələr kürsüyə çıxaraq öz ürək sözlərini deyib, tələbə adının sevincini paylaşıblar.
Sonda ATU-ya ən yüksək balla qəbul olmuş tələbələrə universitetin və "Azersun Holdinq"in hədiyyələri və tələbə biletləri təqdim edilib.