Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovun rəhbərliyi ilə ATU nümayəndə heyəti Qarabağ Universitetinə (QU) səfər edib.
Səfər çərçivəsində Qarabağ Universitetinin rəhbərliyi ilə görüş keçirilib və hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər zamanı nümayəndə heyəti həmçinin QU-nun maddi-texniki bazası, laboratoriya və auditoriyaları ilə tanış olublar.