Azərbaycan Texnologiya Universitetində (ATU) 2024/2025-ci tədris ili üzrə Elmi Şuranın növbəti iclası keçirilib.
Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra tədris işləri üzrə prorektor Raqif Hüseynov magistratura və bakalavriat təhsil pilləsinə 2024/2025-ci tədris ili üzrə tələbə qəbulunun yekunu barədə çıxış edib.
Daha sonra strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimovun və Elmi̇ fəali̇yyəti̇n təşki̇li̇ və idarə edilməsi̇ şöbəsinin müdiri Qalibə Məmmədovanın hesabatı dinlənilib.
İclas zamanı Təchizat və təsərrüfat şöbəsinin müdiri Mətləb Əliyev universitetin qış mövsümünə hazırlığının vəziyyətini məruzə edib, həmçinin, Tədris Metodiki Şuranın tərkibi formalaşdırılıb.