Azərbaycan Texnologiya Universitetində (ATU) COP29 - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyasına hazırlıq və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Biomüxtəliflik və iqlim dəyişmələri” mövzusunda tələbələrin elmi-nəzəri seminarı keçirilib. 

Qida mühəndisliyi fakültəsində təşkil olunan tələbə seminarını Elmi fəaliyyətin təşkili və idarə edilməsi şöbəsinin, Tələbə Elmi Cəmiyyətinin, Qida mühəndisliyi fakültəsinin, Ətraf mühitin mühafizəsi kafedrasının rəhbər və professor-müəllim heyəti dinləyib. 

Tələbələr “Plastik tullantıların iqlim dəyişmələrinə təsiri”, “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, “İqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri” başlıqlı mövzularla çıxış ediblər, məruzələrinə dair ünvanlanan sualları cavablandırıblar.