Azərbaycan Texnologiya Universitetində (ATU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fakültələr arası futzal üzrə birincilik yarışı keçirilib. Yarışın başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda Avtomatika, telekommunikasiya və informatika (iki komanda), Qida mühəndisliyi, İqtisadiyyat və idarəetmə, Yüngül sənaye mühəndisliyi və logistika fakültələrinin komandaları iştirak edib.
Qida mühəndisliyi fakültəsinin komandası yarışın qalibi olub.
İqtisadiyyat və idarəetmə fakültəsinin komandası ll yerdə, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin komandası isə lll yerdə qərarlaşıb.