Azərbaycan Texnologiya Universitetində (ATU) qış imtahan sessiyasına start verilib.
Universitetin rektoru Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyələr verib. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.