Azərbaycan Texnologiya Universitetində (ATU) Hüquqi Ekspertiza Və Qanunvericilik Təşəbbüsləri Mərkəzi publik hüquqi şəxsin tabeliyində Hüquq və İnsan Haqları İnstitutunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində ərsəyə gətirdiyi “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabın təqdimatı keçirilib.
Nəşri ATU kollektivinə sözügedən qurumun İdarə Heyətinin sədr müavini Vəfaddin İbayev təqdim edib.
Kitabda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyalarının - ordu quruculuğu, vətənpərvərlik ruhunun yüksəldilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi, "bir millət, iki dövlət" münasibətlərinin yüksək səviyyəyə çatdırılması və s. məsələlərin reallaşdırılması araşdırılaraq təhlil edilib. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ prizmasından dəyərləndirilib, Azərbaycan Ordusunun fəaliyyətinin hüquqa uyğunluğu, beynəlxalq cinayət törətmiş təcavüzkarların cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyi əsaslandırılıb.