Azərbaycan Texnologiya Universitetində (ATU) gənclər arasında ekoloji maarifləndirmənin artırılması, dayanıqlı və sağlam həyat tərzinin təşviqi məqsədilə təlim keçirilib.
“Ekoloji Renesans” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qlobal ekoloji çağırışlar, iqlim dəyişiklikləri, enerji keçidi və enerji səmərəliliyi, tullantıların idarə olunması, su və təbii resurslardan səmərəli istifadə, biomüxtəlifliyin qorunması, yaşıl texnologiyalar və dayanıqlı həyat tərzi barədə məlumat verilib.
Ekoloq Vüsal Musayev tərəfindən aparılan təlim interaktiv formatda təşkil olunub. Real həyat nümunələri, praktiki tapşırıqlar, müzakirələr və sual-cavab vasitəsilə tələbələrin mövzu ilə bağlı bilikləri genişləndirilib, ekoloji məsuliyyətin gündəlik həyatda tətbiqi məsələlərinə diqqət çəkilib.
Qeyd edək ki, təlim “Ekoloji Renesans” İctimai Birliyinin “Sağlam Həyat Tərzinin Təşviqi” layihəsi çərçivəsində təşkil olunub.