Sərbəst işlərin slaydlar və ya qrup şəklində hazırlanması..Xarici dil fənnindən dərs saatının artırılması…Birinci kursların istehsalat təcrübələrinə qatılması…Bütün bunlar UTECA tələbələrinin “Açıq qapı”da səsləndirdikləri istək və təkliflərdən olub. Tədris işləri üzrə prorektor Vüqar İsmayılovun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrilə açıq qapı şəraitində görüşü zamanı“UTECA-lıların” tədrislə bağlı irad, təklif, arzu və istəkləri, eləcə də problemləri dinlənilib.Gələcəyin kadrları  müraciətlərində universitetdə yaradılan şəffaf mühitə, imtahanların obyektiv keçirilməsinə, göstərilən səmimi münasibət və qayğıya görə UTECA ilə fəxr etdiklərini də bildiriblər, belə açıq qapıların təşkili üçün universitetin rektoru, professor Akif Süleymanova təşəkkür ediblər.Səmimi söhbət zamanı bəzi məsələlərə yerində aydınlıq gətirilib, tələbələrin səsləndirdikləri fikirlər qeydə alınıb.Prorektor tələbələri dinləyərkən bir sıra məsləhətlər verərək bildirib ki, onlar təhsil müddətində zamandan sərfəli istifadə etməklə bir çox nailiyyətlər əldə edə bilərlər. Belə ki, tələbələr son kursa – istehsalat təcrübəsinə cəlb olunana qədər kompyuter və ingilis dili biliklərinə daha mükəmməl yiyələnməklə ikili diplom layihəsinə qatıla bilərlər. Asudə vaxtlarını səmərəli keçirmək üçün startap layihələrinə qoşula, universitet-müəssisə əlaqələrindən, UTECA-nın yaratdığı şəraitdən, istifadə edərək öz potensiallarını sərgiləyə bilərlər.  558 dəfə oxunub