Azərbaycan Texnologiya Universitetində (ATU) “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilibTədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.Dəyirmi masada Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, universitetin hüquqşünası Müşfiq Məmmədov və digər ATU əməkdaşları, eləcə də tələbələr iştirak edib.Ş.Həsənov giriş nitqi ilə çıxış edib. Bildirib ki, hər il 18 may - 18 iyun tarixləri ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir və bu ilki aylıq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf edir. Müşavir qeyd edib ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.S.Abbasov isə tədbir iştirakçılarını Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın adından salamlayaraq Ombudsman fəaliyyətinin əsas istiqamətləri haqqında məlumat verib. Bildirib ki, insan hüquqlarının pozulması ilə bağlı ünvanlanmış şikayətlər təhlil edilir, həmin hüquqların bərpası istiqamətində işlər görülür. Ali təhsil müəssisələrində hüquqi maarifləndirmə işinə böyük diqqət yetirildiyini, bu istiqamətdə insan hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb, ali təhsil müsəssilərində Tələbə Ombudsmanının yaradılması ilə bağlı fikirlər səsləndirib.Digər çıxışlarda insan hüquqların qorunması sahəsində ölkədə görülən işlər diqqətə çatdırılıb. Diskusiya şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 265 dəfə oxunub