Azərbaycan Texnologiya Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Televiziyasının ərsəyə gətirdiyi Milli Qurtuluş Gününə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib. Film Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, xalqın qurtuluş tarixinin xronologiyasından bəhs edib. Film izləndikdən sonra Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov çıxış edib. Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, bu gün müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edir. Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova, Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyev, Magistratura və Doktorantura şöbəsinin müdiri Ulduz Babayeva, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının dosenti İrşad Abbasov çıxış edib. Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsindən, milli qurtuluş ideologiyasının müstəqil respublikamızın davamlı inkişafındakı rolundan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan bəhs ediblər. 277 dəfə oxunub