ECAR layihəsi çərçivəsində komitə üzvləri ilə görüş keçirilibAzərbaycan Texnologiya Universitetində (ATU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin icrası ilə bağlı ATU-nun müvafiq komitə üzvləri ilə görüş keçirilib.Görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində yaradılmış komitələrin gördüyü işlərlə bağlı ətraflı məlumat verib, eyni zamanda daxili monitorinq məqsədi ilə layihə sənədlərinə baxış keçiriblər.Görüşün sonunda geniş fikir mübadiləsi aparılıb və komitələrin gələcək fəaliyyəti müzakirə edilib.Qeyd edək ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. 312 dəfə oxunub