Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 2022/2023-cü tədris ili üzrə son iclası keçirilib Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə qəbul planının vəziyyəti barədə çıxış edib. Daha sonra Avtomatika, Telekommuniyasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyevin, Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabat məruzələri dinlənilib.Elmi Şurada professor-müəllim heyətinin növbəti tədris ili üzrə iş normaları, tədris metodiki vəsaitlərin təsdiqi kimi bir sıra məsələlərə baxılıb.İclas çərçivəsində Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Nazim Vəliyev, Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının baş müəllimləri Maya Hümbətova, Qənirə Abbasova yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar.     206 dəfə oxunub