Azərbaycan Texnologiya Universitetində 26-iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdən öncə universitetin həyətində ucaldılmış Şəhidlər abidəsi qarşısında gülqoyma mərasimi keçirilib.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov tədbiri giriş sözü ilə açıq elan edib. Ş.Həsənov Milli Ordunun yaranması, quruculuq tarixindən və şanlı qələbəsindən, dünyaya göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib.Tədbirdə İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosenti Mehriban Tağıyeva, baş müəllimi Zəminə Novruzova çıxış edərək ölkəmizin hərbi sahədə təcrübəli ordusundan, əldə etdiyi şanlı zəfərdən və apardığı hərbi əməliyyatlardan bəhs ediblər.Sonda rəşadətli Azərbaycan Ordusunun döyüş yolunu əks etdirən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş video-çarx təqdim olunub.   252 dəfə oxunub