Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e dos. Yaşar Ömərov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər heyəti ilə görüş keçiribADY-də baş tutan görüşdə qurumun müvafiq idarə, departament və xidmət rəhbərləri iştirak edib. Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasındakı mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi perspektivləri müzakirə edilib.Müzakirələr zamanı elm və sənaye yönümlü, tələbələrin praktik vərdişlərə yiyələnmələrinə istiqamətlənən xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ATU-nun "Nəqliyyat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" ixtisasları üzrə birgə kadr hazırlığının həyata keçirilməsi, tələbələrin istehsalat təcrübəsinin təşkili, ATU-da ADY-nin ixtisaslaşmış auditoriyasının yaradılması və digər məsələlər haqqında danışılıb. 250 dəfə oxunub