Azərbaycan Texnologiya Universitetinin əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olub Azərbaycan Texnologiya Universitetinin əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olub. “Gheorghe Asachi” İaşi Texniki Universitetinə baş tutan səfər 3-7 iyul tarixlərini əhatə edib. Səfər çərçivəsində Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov “Gheorghe Asachi” Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru prof. İrina Lunqu, didaktik fəaliyyət və keyfiyyətin təminatı üzrə prorektoru prof. Neculai-Eugen Seghedin ilə görüşüblər. Məhsuldar görüşlər zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri, əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib. Səfər çərçivəsində ATU əməkdaşları Erasmus+ proqramı üzrə koordinator prof. Mirela Blaqa, Dr. Mariana İçim və əməkdaşları ilə görüşüblər. Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi və mübadilə sayının artırılması ilə bağlı geniş müzakirələr aparıb, təklif və tövsiyələr dinlənilib. 246 dəfə oxunub