"Huawei" şirkətinin Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığı çərçivəsində adı çəkilən şirkət universitetin “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələr üçün “Huawei ICT Competition 2023 - 2024 Middle East & Central Asia (Huawei İKT Yarışması 2023 - 2024 Yaxın Şərq və Mərkəzi Asiya)” adlı müsabiqədə iştirak imkanı yaradır.Bu gündən etibarən qeyd olunan ixtisasların tələbələri Huawei şirkətinin təqdim etdiyi linkə (https://e.huawei.com/en/talent/...) daxil olaraq qeydiyyatdan keçə və müsabiqə haqqında daha ətraflı məlumat əldə edə bilərlər.Son qeydiyyat tarixi 20.10.2023-cü ildir.Müsabiqə haqqında ilkin məlumatlar aşağıda qeyd olunub:-Müsabiqə İngilis dilində olacaq;-Qeydiyyatdan keçmiş tələbələr elektron kurs materiallarına giriş əldə edəcək;-Hər bir mərhələnin sonunda tələbələrə hazırlaşdıqları elektron kurs materialları əsasında tərtib edilmiş online test imtahanı təşkil olunacaq və ən sonda isə laboratoriya imtahanı keçiriləcəkdir;-Ölkə üzrə qalib gələn komandalar növbəti mərhələdə region üzrə müsabiqələrdə iştirak etmək imkanını qazanacaq;-Tutduğu yerdən asılı olaraq qalib gələn komandalara mükafatlar təqdim olunacaq (1-ci yer üçün Huawei MateBook, 2-ci yer üçün Huawei Phone, 3-cü yer üçün Huawei Matepad). 78 dəfə oxunub