Təlim ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev və mütəxəssisi Tural Rüstəmov tərəfindən tələbələr üçün təşkil olunub.
Məqsəd tələbələrin startap sahəsində bilik və bacarıqlarının artırılmasına kömək etmək, komandaların biznes modelini hazırlamaq, komanda formalaşdırmaq bacarıqlarını artırmaqdan ibarətdir.
Təlimdə bazarın və risklərin dəyərləndirilməsi, layihələrin investorlara təqdim edilməsi, investorlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi və onlarla iş qaydaları haqqında məlumatlar verilib, startap layihələrinə investor axtarışı istiqamətində təcrübələr bölüşülüb.