Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələri ilə görüşüb.
Görüşdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e Mayis Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İE fakültəsi rəhbərliyi və digər struktur bölmə rəhbərləri iştirak edib.
Yaşar Ömərov yeni tədris ili münasibətilə tələbələri bir daha təbrik edib, təhsildə uğurlar arzulayıb, onlara universitetin imkanları, ictimai həyatı, tədrisin təşkili məsələləri, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.