Azərbaycan Texnologiya Universitetinin rəhbər heyəti ilə Qida mühəndisliyi fakültəsinin I kurs tələbələrinin görüşü baş tutub.

Görüşdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e Mayis Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Qida mühəndisliyi fakültəsi rəhbərliyi və digər struktur bölmə rəhbərləri iştirak edib.

Tədbirdə tələbələrə universitetin imkanları, ictimai həyatı, tədrisin təşkili məsələləri, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verilib, bu imkanlardan yararlanmaq tövsiyə edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.