Əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədris işləri üzrə prorektor Raqif Hüseynov açılış nitqi ilə çıxış edərək ATU müəllimlərinin universitet həyatında xidmətlərindən danışıb. Prorektor universitetin bütün müəllimlərini təbrik edib, elmi, pedaqoji fəaliyyətlərində yeni-yeni uğur və nailiyyətlər arzulayıb.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor v.m.i.e Mayıs Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimov, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova çıxış edərək Azərbaycanda və dünyada müəllim peşəsinin tarixindən, gənc nəslin vətənpərvər ruhda yetişməsində rolundan, müəllim missiyasının dəyərlərindən bəhs edilib.