Universitetdə professor-müəllim, eləcə də inzibati heyət arasında aparılan müvafiq sorğular və təkliflər də nəzərə alınaraq hazırlanmış Strateji İnkişaf Planının ilkin versiyasını strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov təqdim edib.
İki gün davam edən iclaslarda təhsilin keyfiyyətinin artırılması, elmi tədqiqat işinin təşviq edilməsi, innovativ yeniliklər və texnologiyaların tətbiqi, beynəlxalq əlaqələrin genişləndirilməsi, sosial tədbirlər, iş mühiti və infrastrukturun yaxşılaşdırılması və s. istiqamətlər üzrə məsələlər bir daha nəzərdən keçirilib. Rəhbər heyətin, dekan və kafedra müdirlərinin, eləcə də struktur bölmə rəhbərlərinin iştirakı ilə SİP-də təyin edilmiş məqsəd və hədəflər tək-tək müzakirə edilib, müvafiq dəyişikliklər nəzərə alınıb, bəzi məsələlərin isə Elmi Şurada müzakirə edilməsinə qərar verilib.