Azərbaycan Texnologiya Universitetində “Gələcək üçün bacarıqlar” layihəsinin "TUSİ (2C) inkubasiya proqramı çərçivəsində keçirilən təlimlərdə uğurla iştirak edən bir qrup fəal gənc təltif edilib.

Təltifnamələri sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimov, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə birgə reallaşdırılan "Gələcək üçün bacarıqlar" layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.