Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə 2023/2024 yarış mövsümü üzrə "TamGənc" Tələbə Basketbol Liqasının seçmə mərhələsi keçirilib.
 
Seçmə mərhələsi 22-26 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub. Bu mərhələdə B qrupunda 3 komanda ilə üzləşən Azərbaycan Texnologiya Universitetinin tələbələri yarışdan qalib ayrılıb.
 
ATU tələbələri birinci oyunda Azərbaycan Pedaqoji Universitetinə 53:33, ikinci oyunda Sumqayıt Dövlət Universitetinə 64:39, üçüncü - həlledici oyunda isə Bakı Mühəndislik Universitetinə 64:33 hesabı ilə qalib gəlib.