Elmi şuranın sədri, Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib.
 
İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov 2023/2024-cü tədris ili üzrə Qış imtahan sessiyasına hazırlıq və qarşıda duran məsələlərə dair hesabatla çıxış edib. Daha sonra Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyevin hesabatı dinlənilib.
 
İclasda həmçinin Tofiq Mirzəyevin təqdimatında Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının, Musa Cəfərovun təqdimatında Kimya və metallurgiya mühəndisliyi kafedrasının, Qalibə Məmmədovanın təqdimatında isə universitetdə nəşr olunan elmi jurnalların mövcud vəziyyətinə dair hesabatları dinlənilib.
 
Daha sonra əməkdaşlardan Müsfiq Xəlilovun dosent elmi adı alması üçün AAK
qarşısında vəsatətin qaldırılması, eləcə də Yusif Hümbətovun professor vəzifəsinə seçilməsilə bağlı səsvermə keçirilib.
 
Elmi Şurada universitetdə fəaliyyət göstərən bir neçə komissiyaların tərkibi yenidən formalaşdırılıb, tədris proqramlarının monitorinqinin nəticələri, tədris metodiki vəsaitlərin təsdiqi kimi digər məsələlərə baxılıb.