Buna dair qərar universitet Elmi Şurasının 29 noyabr 2023-cü il tarixində keçirilən iclasında qəbul olunub. Elmi jurnal ildə dörd dəfə nəşr olunacaq.
 
Jurnal İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi, Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları, Telekommunikasiya texnologiyası, Kompüter qurğuları və texnologiyası, İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) kimi bölmələrdən ibarətdir.
 
Nəşrin redaksiya heyəti Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Hindistan, İtaliya, Rusiya, Gürcüstandan olan elm adamlarından formalaşdırılıb.