İspaniyanın Jaen Universitetinin nümayəndəsi Erasmus+ proqramı çərçivəsində Azərbaycan Texnologiya Universitetində səfərdədir

İspaniyanın Jaen Universitetinin İqtisadiyyat kafedrasının dosenti Xuliyo Vena Oya Erasmus+ proqramı çərçivəsində 4-8 dekabr 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universitetində səfərdədir.

Proqramın ilk günləri universitetin dosenti Xuliyo Vena Oyanın Tədris işləri üzrə prorektor Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.

Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, mübadilə sayının artırılması, hər iki ölkənin təhsil sistemi və mədəniyyəti ilə bağlı geniş müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.

Daha sonra İqtisadiyyat və İdarəetmə fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, Marketing 5.0 texnologiyaları və Süni İntellekt mövzusunda maraqlı təqdimatla çıxış edib və bu sahəyə dair məhsuldar fikir mübadiləsi aparılıb. Daha sonra qonaq digər fakültə dekanları və professor müəllim heyəti ilə görüşüb, sıx əməkdaşlıq imkanları müzakirə edilib.