Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov Mingəçevir Dövlət Universitetində keçirilən (MDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı II beynəlxalq elmi konfransda iştirak edib.
Yaşar Ömərov konfransın plenar iclasında çıxış edib, konfrans mövzusunun aktuallığı, bu konteksdə yerli və xarici elm adamlarının bir araya gəlməsinin əhəmiyyəti və zərurəti haqda danışıb, konfransın işinə uğurlar arzu edib.
Qeyd edək ki, tədbirə dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb.