Azərbaycan Texnologiya Universitetində İdarəetmə kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş İqtisadiyyat və İdarəetmə fakültəsi tələbələrinin elmi seminarı keçirilib.
“Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda baş tutan seminarda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İdarəetmə kafedrasının müdiri prof. Füzuli Məmmədov çıxış edərək Azərbaycanda yerli özünüidarəetmənin tarixinə nəzər salıb, bu sistemin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb, çıxış edəcək tələbələrə uğurlar arzulayıblar.
Seminarda tələbələrin təqdimatında “Dünyanı heyrətə salan insan”, “Yerli özünüidarəetmə institutunun yaranması tarixi”, “Bələdiyyələrin mülki müdafiə tədbirləri”, “Bələdiyyələrdə aktual problemlər və yenilik təşəbbüskarlığı”, “Bələdiyyələrin turizm sahəsində göstərə biləcəyi xidmətlər”, “Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı”, “Bələdiyyələrin büdcə gəlirlərinin formalaşması və idarə edilməsi”, “Smart bələdiyyə modeli” başlıqlı məruzələr dinlənilib. Tədbirdə movzular ətrafında fikir mübadiləsi aparılıb, sonda tələbələr sertifikatlarla təltif edilib.