Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “2022-2026 Dövlət Proqramı”na dair məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları Aygül İsmayılova, Nuray Əşrəfli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi Pərviz Rəcəbov və ATU-nun son kurs tələbələri iştirak edib.
Prorektor Raqif Hüseynov bildirib ki, tədbirin keçirilməsində məqsəd 2024/2025-ci tədris ili üzrə “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinin təşviq edilməsidir.
Daha sonra Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları çıxış edərək proqrama dair ətraflı - magistratura səviyyəsi üzrə yer alan ölkələr və ixtisas istiqamətləri, seçim mərhələləri, tələb olunan sənədlər, kvota, əlavə edilən son yeniliklər barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.