ADA Universitetinin bir qrup əməkdaşı Azərbaycan Texnologiya Universitetinin (ATU) son kurs tələbələri ilə görüşüb.
Görüşdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov, ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin dekanı prof.Matteo Vittuari, fakültənin əməkdaşları - professor Saidə Əliyeva, Asəf Ömərov, Sahil Quliyev, Tələbə qəbulu şöbəsinin əməkdaşları - Aytəkin Hüseynova və Səltənət Məmmədova iştirak ediblər.
Çıxış edən Matteo Vittuari və Saidə Əliyeva yeni açılan Kənd təsərrüfatı və qida elmləri fakültəsi və qəbul proqramları barədə tələbələri ətraflı məlumatlandırıblar.
Daha sonra Aytəkin Hüseynova tələbələrə ADA Universitetində tədris olunan magistr proqramları barədə geniş məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.