Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyasına hazırlıq və digər məsələlərlə bağlı iclas keçirilib. İclada akademik və inzibati rəhbər heyət iştirak edib.
 
İclasda rektor v.m.i.e. dos.Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını bildirib, imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün fakültə rəhbərlərinə və kafedra müdirlərinə müvafiq tapşırıqlar verib.
 
İclasda həmçinin imtahan zallarının, kompyuter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi, universitetdə ümumilikdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və s. məsələlərlə bağlı tapşırıqlar verilib.