Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Bialystok Texnologiya Universiteti arasında buna dair sənəd imzalanıb.
 
Magistratura səviyyəsində "Nəqliyyat logistikası" proqramı üzrə ikili diplom müqaviləsi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərovla Bialystok Texnologiya Universitetinin rektoru prof.Marta Kosior-Kazberuk tərəfindən imzalanıb.
 
Sözügedən proqrama növbəti tədris ilindən qəbul aparılması nəzərdə tutulub. Magistrantlar iki semestr Azərbaycan Texnologiya Universitetində, iki semestr isə Bialystok Texnologiya Universitetində təhsil almaqla sonda hər iki universitetin magistr diplomunu qazanacaqlar. Qeyd edək ki, ikili diplom proqramında tədris ingilis dilində aparılacaq.