Azərbaycan Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə
Azərbaycan Texnologiya Universitetində bir qrup tələbələrlə maarifləndirici görüş keçirilib.
 
Görüşdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, 38 saylı Gəncə Birinci Dairə Seçki Komissiyasının sədri İbrahim Cəfərov və tələbələr iştirak edib.
 
Görüşün məqsədi 18 yaşı tamam olmuş seçkilərdə ilk dəfə iştirak edəcək tələbələri seçki hüquqları ilə bağlı məlumatlandırmaq olub.