Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyev və Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının professoru Cahangir Hacıyev Sumqayıtda yerləşən GİLTEX zavodunun İplik, Toxuma, Boyama, Tikiş və Tibbi maska fabriklərində olublar.
Onlar vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş fabriklərin iş prinsipi, tətbiq olunan müasir texnologiyaları, kadr tələbatı ilə yaxından tanış olub, mütəxəssisləri ilə müzakirələr aparıblar.
Qeyd edək ki, GİLTEX-də hazırda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq və hörgü məhsulları, oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar istehsal edilir.