Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Gəncə şəhər Narkoloji Dispanserin baş həkimi Etibar Xəlilov, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Rəşad Musayev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə Şahmar Həsənov çıxış edərək bildirib ki, gəncləri sağlam həyat tərzinə təşviq etməkdə, narkomaniyanın mənfi təsirləri ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, xalqımızın milli dəyərlərinə, düşüncəsinə zərbə vuran hərəkətlərdən qorunmasında bu cür maarifləndirmənin aparılması təqdirəlayiqdir.
Etibar Xəlilov mövzunun əhəmiyyətindən, narkomaniyanın gənclərin şəxsiyyətininin, sağlamlığının inkişafına göstərdiyi mənfi təsirlərdən bəhs edərək, bu bəladan qorunmanın vacibliyini qeyd edib.
Rəşad Musayev narkomaniyanın törətdiyi fəsadlardan danışıb, gənclərə bu kimi zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib.
Sonda tələbələrin sualları cavablandırılıb.