Universitetin rektoru v.m.i.e. dos. Yaşar Ömərov kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək duaların qəbul olmasını diləyib, xalqımıza firavanlıq, sülh və əmin-amanlıq arzulayıb.
Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb regionu üzrə nümayəndəsi Hacı Tahir çıxış edərək Ramazanın cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini dilə gətirib.
ATU Həmkarlar İttifaqı Komitəsinin xətti ilə baş tutan tədbirdə İdarəetmə kafedrasının müdiri prof. Füzuli Məmmədov da çıxış edərək başda rektor v.m.i.e. dos.Yaşar Ömərov olmaqla bütün kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzular diləyib.
Daha sonra iftar süfrəsində dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.