Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində  22 aprel 2024-cü il tarixində hesabat konfransı baş tutub. 

Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən,  Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib. 

Konfransda Azərbaycan Texnologiya Universitetini sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova və layihə meneceri İlahə Qurbanova təmsil ediblər.

Tədbirdə layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatları dinlənilib, müvafiq müzakirələr aparılıb.